Tuhel: "Bavariya" qələbəyə layiq idi"

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Latsio"nu məğlub edərək (3:0, ilk oyun - 0:1) 1/4 finala adlamaqlarını şərh edib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandasının layiqli qələbə qazandığını deyib:

“Komandam çox möhkəm və intizamlı oynadı. Bu gün başımızı itirmədik. İlk oyunla müqayisədə daha cəsarətli hərəkət etdik. İlk qolu vaxtında vurduq və sonradan fərqi artırmaq üçün tempi qoruduq. İkinci qol lazımi anda gəldi. Bu, bizə inam verdi. Biz bu qələbəyə layiq idik”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right