Mbappe ÇL tarixinin 6-cısı oldu

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Real Sosyedad”la keçirilən səfər oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, Fransa millisinin üzvü dubl etməklə bunu reallaşdırıb.

Bununla ulduz futbolçu turnirin pley-offlarında qol sayını 18-yə çatdırıb və bu baxımdan ən məhsuldar 6-cı oyunçu ünvanına şərik olub. Onunla yanaşı, Raul Qonzales və Andrey Şevçenkonun da aktivində 18 top var.

Rekordçu isə Kriştiano Ronaldodu. Portuqaliyalı superulduz ÇL-in pley-offlarında rəqib qapılarından 67 top keçirib. Argentinalı Lionel Messi 49 qolla ikincidi.

1. Kriştiano Ronaldo - 67 qol

2. Lionel Messi - 49

3. Kərim Benzema - 34

4. Robert Levandovski - 31

5. Tomas Müller - 26

6. Raul Qonzales, Andrey Şevçenko, Kilian Mbappe – 18





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right