"Bavariya"nın forvardı rekorda imza atdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Bavariya" "Latsio"nu 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazana bilib.

Newsport.az xəbər verir ki, Münhendəki matçda iki qol vuran Harri Keyn ÇL-dəki qol sayını 51-ə çatdırıb.

İngiltərəli forvard bu turnirdə 50-dən çox qol vuran ilk britaniyalı kimi tarixə keçib.

O, bu mövsüm 33 oyunda 33 qol vurub.

Qeyd edək ki, 30 yaşlı hücumçu mövsümün əvvəlində "Bavariya"ya keçib. Keyn 2027-ci il iyunun 30-na qədər Almaniya klubuna məxsus olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right