"Qəbələ"nin sabiq forvard: "Bakını görsəniz, çox təəccüblənəcəksiniz"

"Qəbələ"nin sabiq hücumçusu Deon Barton 2010-12-ci illərdə bu komandadakı çıxışını xatırlayıb, Azərbaycanla bağlı fikirlərini bölüşüb. 

Newsport.az-ın məlumatına görə, o, Böyük Britaniya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Mənə elə gəlirdi ki, futbolçu karyeram artıq sona yaxınlaşır. "Qəbələ" variantı yarananda özlüyümdə düşündüm ki, "niyə də yox"? O vaxt heç hara getdiyimi təsəvvür belə etmirdim. Amma baş məşqçi Toni Adamsla söhbətləşdim və o, mənə klub, ölkə barədə ətraflı məlumat verdi".

"Azərbaycan doğrudan da gözəl yerdir. Bu ölkədə keçirdiyim iki il ərzində özüm üçün çoxlu yaxşı dost qazandım. Onlarla hələ də əlaqə saxlayıram". Barton yerli əhali ilə bağlı da danışıb: "Onların həyat tərzi çox fərqlənir. Dini ayinlər orada böyük rol oynayır".

39 yaşlı hücumçu "Qəbələ"də oynadığı dövrlərdə üzləşdiyi maraqlı məqamlardan da söz açıb: "Biz səfər oyunlarına gedərkən avtobus dörd dəfə yolda dayanırdı ki, yerli oyunçular dini ayinlərini yerinə yetirsinlər".

Barton Bakı barədə də söhbət açıb: "Paytaxtı görsəniz, çox təəccüblənəcəksiniz. Mən orada oynamaq şansı qazanan hər bir futbolçuya bunu məsləhət görərdim". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right