Zidanın çalışdırmaq istədiyi 3 komanda

Adı Avropanın bir çox klubu ilə hallanan Zinədin Zidan qərar verməyə tələsmir.

Newsport.az-ın məlumatına görə, fransalı mütəxəssisin işləmək istədiyi 3 komnanda var. Bu barədə "Sun Sport" nəşri məlumat yayıb.

51 yaşlı məşqçi sabiq klubu "Real", Fransa yığması və ya "Marsel"i çalışdırmaq arzusundadır.

Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində yalnız "Real"da işləyib. O, 2014-2016, 2019-2021-ci illərdə Madrid təmsilçisinə rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right