Blatterin əvəzləyicisi kim oldu?

FİFA Yozef Blatterin prezident səlahiyyətlərinin ləğv edilməsi ilə bağlı rəsmi bəyanat yayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Etika Komitəsinin qərarı ilə 90 günlüyünə futbol fəaliyyətinə qadağa qoyulan isveçrəli futbol funksionerinin müvəqqəti də olsa davamçısının kimliyi  açıqlanıb. 
 
Belə ki, Blatteri İcraiyyə Komitəsindəki müavini İssa Hayatu əvəz edəcək. O, FİFA-da daha uzun müddət göstərən vitse-prezident olduğundan bu hüquqa sahib çıxıb. Baş katib Jerom Valkeni isə Markus Kattner əvəzləyəcək.
 
Qeyd edək ki, FİFA-nın Etika Komitəsi prezident Yozef Blatteri, baş katib Jerom Valkeni və UEFA prezidenti Mişel Platinini 90 gün ərzində səlahiyyətlərindən məhrum edərək, onların ümumiyyətlə futbol fəaliyyətini yasaqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right