Alaba Avro-2024-də oynaya bilər

"Real"ın və Avstriya millisinin müdafiəçisi David Alaba ön çarpaz bağın yırtılmasından gözləniləndən tez sağalmağı planlaşdırır.

Newsport.az "Relevo"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolunun Avro-2024-də oynayayacağı gözlənilir. Bildirilib ki, Alaba reabilitasiya dövründə yorulmadan çalışır, əzələlərini gücləndirmək üçün hovuzda çoxlu saat keçirir. Əvvəlcə həkimlər Alabanın qarşıdakı Avropa çempionatında oynama ehtimalını istisna etsə də, indi futbolçunun belə şansları var.

Qeyd edək ki, futbolçu 2021-ci ildən "Real"da oynayır. O, 2009-cu ildən Avstriya millisinin üzvüdür.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right