"Liverpul"un baş məşqçisi Yurgen Klopp daha bir uğuru ilə klubun tarixinə düşüb.
Newsport.az xəbər verir ki, onun komandası 2 gün əvvəl İngiltərə Liqa Kubokunun finalında "Çelsi"ni məğlub edib. Nəticədə "Liverpul" Kloppla 2-ci dəfə bu kuboku qazanıb. Komanda 2021/22 mövsümündə də həmin kuboka yiyələnib.
Mütəxəssis klub tarixində bunu bacaran 3-cü baş məşqçidir.
Daha əvvəl Jerar Ulye (2001 və 2003) və Bob Peysli (1981, 1982, 1983) "Liverpul" ilə 2 dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ilin oktyabrında "Liverpul"u çalışdırır. Bu mövsümün sonunda mütəxəssis klubu tərk edəcək.