Asiyada legioner həyatı yaşayan həmyerlimiz klubundan ayrıldı

Taylandda legioner həyatı yaşayan Məmməd Quliyev özünə yeni komanda axtaracaq.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi son olaraq formasını geyindiyi “Saraburi”dən ayrılıb. Belə ki, üçüncü liqada iddialılar sırasında yer alan kollektiv pley-off mərhələsinə düşə bilməyib.

Buna görə də, həmyerlimiz bu komandada qalmaqda məna görməyib. Məmmədə Tayland klublarından təkliflər var və yaxın vaxtlarda yeni müqavilə imzalayacağı da gözlənilir.

28 yaşlı yarımmüdafiəçi “Rəvan”, “İnter”(indiki “Keşlə”), “Kamphaenqpet”, “Kasem Bandit”, “Tonburi Yunayted”, “Uttaradit”(hamısı Tayland) klublarında forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right