“Bayern”də yeni idman direktoru

50 yaşlı futbol funksioneri Maks Eberl “Bayern”in idman direktoru vəzifəsinə təyin edilib.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Münhen klubunda idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, bosniyalı mütəxəssis Hasan Salihamidziçin bu vəzifədən qovulmasından sonra boş idi. Maks Eberl 2023-cü ilin yanvar-sentyabr aylarında “Leypsiq”in idman direktoru olub. Bundan əvvəl o, 23 il Mönhenqladbax “Borussiya”sında çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right