İsveç millisində yeni baş məşqçi

İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az İsveç Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bu vəzifəyə Yon-Dal Tomasson təyin edilib. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədərdir. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.

Qeyd edək ki, 2020-2021-ci illərdə Yon-Dal Tomasson İsveçin "Malmö" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2022-ci ildən o, fevralın əvvəlinə kimi Çempionşipdən "Blekbern"in baş məşqçisi idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right