“VAR-ın gəlişi ilə futbol çirkaba batdı”

“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes VAR sisteminin tənqid edib. 

Newsport.az “Relevo”ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi VAR-ın futbolu çirkləndirdiyini bildirib:

“VAR-ın gəlişi ilə mübahisələrin bitəcəyini düşünürdük, amma bunlar daha da çoxalıb. İspan futbolunda hakimlər yüksək səviyyəlidir, lakin VAR-ın gəlişi ilə hər şey çirkaba batdı”. 

Qeyd edək ki, Lukas Vaskes “Real”da 4 dəfə Çempionlar Liqası və İspaniya Superkubokunu, 3 dəfə Klublararası dünya kubokunu, UEFA Superkubokunu və La Liqanı, bir dəfə isə İspaniya kubokunu qazanıb.  
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right