“Fənərbaxça”nın futbolçusu 2-3 həftə oynamayacaq

“Fənərbaxça”nın yarımmüdafiəçisi İrfan Can Kahveci zədələnib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Onun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Türkiyə millisinin üzvü bu mövsüm “Fənərbaxça”da 36 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right