“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Liverpul”un əlavə vaxtda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etdiyi İngiltərə Liqa Kubokunun final oyununu şərh edib. Newsport.az xəbər verir ki, o, “qırmızılar”ın layiqli qalibiyyət əldə etdiyini düşünür:
“Kloppun kollektivi əlavə vaxtda milyard funt-sterlinqlik komandaya qarşı oynadı. “Liverpul” sadəcə əla idi. Gənc oyunçular inanılmazdı. Klopp onlarla fəxr etməlidi. Amma mənim “Çelsi”yə zərrə qədər simpatiyam yoxdu. Mauritsio Poçettinonun oyunçuları qaraldı. Onlar doğma azarkeşlərinin gözü qarşısına məğlub oldular”.
Qeyd edək ki, Qari Nevill 1992-2011-ci illərdə “Mançester Yunayted”də oynayıb.