“Real” oyunun vaxtını dəyişmək istəyir konsertə görə

“Real” La liqanın son turundakı oyunun vaxtını dəyişmək istəyir. Bunun üçün klub liqa rəhbərliyinə müraciət edib.

Son turda Madrid komandasının rəqibi “Betis” olacaq. Həmin oyun mayın 26-da baş tutmalıdır. Ayın sonunda isə “Santyaqo Bernabeu” stadionunda konsert olacaq. Konsertdə dünyaca məşhur Teylor Sfivt çıxış edəcək.

Konsertə maraq həddindən artıq çoxdur. Artıq 450 min insan bu konsertə bilet almaq üçün müraciət edib. Bu səbəbdən də “Real” son turun oyununu dəyişməklə stadiondakı tutumu artırmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right