Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi tiki baş verib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun ayaq əzələsində 2-ci dərəcəli yırtıq aşkarlanıb. Təcrübəli oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.