"Mançester Siti" ulduz futbolçuya qiymət qoydu

Kevin de Bröyne mövsümün sonunda "Mançester Siti"dən ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

"Mançester Siti" yayda ulduz futbolçunu satmağa hazırdır. Bu barədə "Talk Sport" məlumat yayıb. "Şəhərlilər" 32 yaşlı futbolçuya 100 milyon funt-sterlinq qiymət qoyub.

Qeyd edək ki, "Mançester Siti" Kevin de Bröyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right