Cəlal Hüseynov "fərqləndi", komandası səfərdə uduzdu

Futbol üzrə Bolqarıstan çempionatında 22-ci turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya "Levski"sinin qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc futbolçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

22 turdan sonra 31 xal toplayan "Arda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right