FİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini 90 gün ərzində bütün vəzifələrindən kənarlaşdırılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Etika komitəsi üzrə Artibraj komitəsi qərar verib.
Eyni zamanda, FİFA-nın sabiq vitse-prezidenti Çonq-Monq Cuna 6 illik qadağa və 100 min frank cərimə kəsilib. Bu müddətdə adları çəkilən şəxslər yerli və beynəlxalq səviyyəli futbol tədbirlərində iştirak edə bilməzlər. Qadağalar dərhal qüvvəyə minib.