Dani Alveşə hökm oxundu: 4,5 illik həbs

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveşlə bağlı hökm oxunub. Newsport.az xəbər verir ki, zorlamada ittiham olunan müdafiəçi 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Barselona məhkəməsi uzun dinləmələrin yekununda onun həbsi ilə bağlı qərar çıxarıb. Alveş eyni zamanda zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəyəcək. Futbolçu bu qərardan Kataloniya Ali Məhkəməsinə və Ali Məhkəməyə şikayət edə bilər.

Qeyd edək ki, Dani Alveş ötən ilin yanvarında gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right