Yüksək Liqada XIII turun oyunları keçirilir

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, bütün görüşlər Bakı İdman Sarayında baş tutacaq.

Mərkəzi görüşdə “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gələcək.

“Record club” “Neftçi” ilə, U-19 isə “Yasamal Bakı” ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda “Araz-Naxçıvan” 31 xalla çempionata başçılıq edir.

Yüksək Liqa

XIII tur

22 fevral

14:00. “Araz-Naxçıvan” – “Baku Fire”

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov

“Record club” – “Neftçi”

Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, Elgün Hüseynov

18:15. U-19 – “Yasamal Bakı”

Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Məmmədəli Kərimov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right