Rusiya mətbuatı: Ermənistan millisinin üzvü "Qalatasaray"ın təklifindən imtina edib

"Qalatasaray" Ermənistan millisinin üzvünü heyətinə qatmaq istəyib.

Newsport.az "Metaratings.ru"ya istinadən xəbər verir ki, söhbət "Lokomotiv"in üzvü Nair Tiknizyandan gedir.

Türkiyə çempionu qış "transfer pəncərəsi"ndə ermənini heyətinə qatmağı planlaşdırsa da, bu, baş tutmayıb. 

"Lokomotiv" və Ermənistan millisinin 24 yaşlı müdafiəçisinin bu təklifdən imtina etdiyi bildirilir. Rusiya mətbuatının iddiasına görə, onun təklifdən imtinasına səbəbi Ermənistanla Türkiyə arasındakı gərgin münasibətlərin olmasıdır.

Nairin “Lokomotiv”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. ÇSKA-nın yetirməsi “Avanqard Kursk”da oynadıqdan sonra 2021-ci ildə “Lokomotiv”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right