Aquero Messinin formasını geyinəcək

Argentina milli komandasının hücumçusu Serxio Kan Aquero bu ay DÇ 2018-in seçmə mərhələsində Ekvador və Paraqvay milli komandalarına qarşı oyunlarda 10 nömrəli formanı geyinəcək. 
 

Newsport.az-ın məlumatına görə, "10” nömrəli formanın sahibi Leonel Messi zədələndiyi üçün Aquero da Messinin formasını geyinəcək.
Bu barədə "Mançester Siti”nin forvardı özü məlumat verib. O, bunun üçün Messidən icazə aldığını bildirib.
Qeyd edək ki, Messi zədəsinə görə, maksimum 8 həftə  yaşıl meydanlardan kənarda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right