Millinin sabiq kapitanı karyerasını bərpa etdi

"Atletiko" (Madrid) və Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Qodin futbolçu karyerasını bərpa edib.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu Uruqvayın "Poronqos" klubu ilə müqavilə imzalayıb. 

Qodin 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlamışdı.

Onun son komandası Argentinanın “Velez Sarsfild” klubu olmuşdu. O, 2010-cu ildən 2019-cu ilə qədər “Atletiko”da oynayıb. Qodin Uruqvay millisinin heyətində ən çox oyun keçirən futbolçudur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right