"Mançester Yunayted" futbolçusu üçün 34 milyon funt-sterlinq tələb edir

"Mançester Yunayted" rəhbərliyi Meyson Qrinvudla bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı vingeri mövsümün sonunda mövsümün sonunda satacaq. Bu barədə "The Su" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" ingiltərəli ön xətt oyunçusu üçün 34 milyon funt-sterlinq tələb edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Meyson Qrinvudu 2023-cü ilin yayında "Xetafe"yə icarəyə verib. Futbolçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right