Deko “Bavariya” futbolçusunun meneceri ilə görüşdü

“Bavariya”nın müdafiəçisi Alfonso Devis mövsümün sonunda klubu tərk edə bilər. Newsport.az xəbər verir ki, kanadalı futbolçu bir neçə komandanın maraq dairəsindədi.

Son olaraq “Barselona” 23 yaşlı sol cinah müdafiəçisi uğrunda mübarizəyə qoşulub. Kataloniya klubunun idman direktoru Deko ulduz futbolçunun meneceri ilə görüşüb. Madriddə baş tutan görüşdə transferin mümkünlüyü müzakirə olunub.

Qeyd edək ki, Alfonso Devisin “Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right