“O, dünyanın ən yaxşı yarımmüdafiəçisidi”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçusu Rodrini dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab edir. Newsport.az xəbər verir ki, ispaniyalı “Çelsi” ilə bərabərə qaldıqları (1:1) görüşdə komandasını məğlubiyyətdən xilas edib.

“Mən deyərdim ki, dayaq yarımmüdafiəçisi oyunlarda pleymeyker və hücumçular qədər görünmürsə, bu, yaxşı haldı. Müdafiəyəmeyilli oyunçunun çox təriflənməsi heç də yaxşı hal deyil. Arxa xətt oyunçusu komandanı idarə etməlidi. Göz öndə qol vuran, ötürmə verən olur. Rodri isə həmişə vacib məqamda qol vurmağı bacarır. Ona görə də inanılmaz futbolçudu. O, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisidi, çünki hər şeyi bacarır”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 9 oyundu məğlub olmur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right