Mbappe “Real”la niyə müqavilə bağlamır?

PSJ-nin hücumçusu Kilian Mbappe ilə “Real” arasında müqavilə hələ imzalanmayıb. Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Fransa millisinin üzvü Madrid təmsilçisi ilə şifahi razılığa gəlib. Ancaq onun PSJ-dən ayrılması üçün şərtlər hələ tam razılaşdırılmayıb. Forvard hazırkı klub qarşısında öhdəliklərini yerinə yetirməli olacaq.

Həll edilməli olan bir neçə məsələ olsa da, bu, Mbappenin yayda “Real”a keçidinə təsir göstərməyəcək. Onlardan bəziləri imic hüquqları, həmçinin Kilianın bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyidi.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Forvardın “Real”la 5 illik müqaviləni razılaşdırdığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right