ÇL: “İnter” “Atletiko”ya, PSV “Borussiya”ya qarşı Yenilənir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, oyunlardan biri İtaliyada, digəri Niderlandda baş tutacaq.

ÇL-in sonuncu finalçısı “İnter” Madrid “Atletiko”sunu qəbul edəcək.

PSV isə evdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
20 fevral

00:00. İnter (İtaliya) – Atletiko (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.

00:00. PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya)
Baş hakim: Sergey Yovanoviç (Serbiya).
Eyndhoven. “Filips” stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right