Toni Kroos: "Türklər bir az səbrli olsunlar"

"Real"ın futbolçusu Toni Kroos komanda yoldaşı Arda Gülər haqda danışıb.

Newsport.az-ın məlumatına görə, bir canlı yayım proqramına qatılan alman yarımmüdafiəçi türk həmkarı haqda danışıb. Kroos türkiyəli azarkeşləri Arda ilə bağlı səbrli olmağa səsləyib:

"Türk azarkeşlər Arda Gülərin "Real"da oynadığına görə fəxr edirlər. Amma bir az tələsirlər. Səbrli olsunlar. Təbii ki, tezliklə daha çox oynamasını istəyirlər. Mükəmməl bir baş məşqçimiz var. O, hər şeyi çox yaxşı idarə edəcək".

Qeyd edək ki, mövsümün əvvəlində "Fənərbaxça"dan "Real"a transfer olunan Arda gülər Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda 92 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right