Premyer Liqa klubu yeni baş məşqçisini açıqladı

İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisini Oliver Qlazner çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı məşqçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Oliver Qlazner son olaraq "Ayntraxt"ı çalışdırıb. Avstriyalı mütəxəssis 2021/2022 mövsümündə Frankfurt təmsilçisi ilə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, "Kristal Pelas" bu gün Roy Hocsonla yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right