Okan Buruk Fatih Terimin rekordunu yenilədi

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada yeni rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis buna çempionatın 26-cı turunun "Ankaragücü" üzərindəki qələbəsindən (3:0) sonra nail olub.

Okan Buruk Super Liqada bir komandanın "sükanı arxasında" 50 qələbəyə ən tez çatan baş məşqçi olub. O, "Qalatasaray"da 62-ci matçında bunu bacarıb.

Bundan əvvəlki rekord "Qalatasaray"ın sabiq çalışdırıcısı Fatih Terimə məxsus idi. 70 yaşlı məşqçi 50 qələbə üçün 70 matç gözləməli olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right