"Beşiktaş" futbolçusu Emirhan Delibaşla yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Emirhan bir neçə gün öncə "tinder" tanışlıq platformasında hesab açıb. Buna görə gənc oyunçu tənqidlərə məruz qalıb. Klub rəhbərliyinin məhz bu səbəbdən onu komandadan qovduğu bildirilir.
Qeyd edək ki, Emirhan Delibaş "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-19 millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın əsas komandasının heyətində 2 rəsmi matçda meydana çıxıb.