Prezident Tuxelin taleyinə aydınlıq gətirdi

“Bavariya”nın prezidenti Herbert Hayner komandanın baş məşqçisi Tomas Tuxelin klubdakı gələcəyindən danışıb. Newsport.az xəbər verir ki, son vaxtlar mətbuatda yayılan mümkün istefa xəbərlərinə klub rəhbəri reaksiya göstərib.

O, hazırda bütün diqqətlərini oyunlara yönəltdiklərini vurğulayıb: “Kənardan çoxlu şayiələr yayılır. Sonda qalib gəlməliyik. Qalib olacağıq, sonra mövzu bağlanacaq. Ardıcıl iki dəfə məğlub olanda rahatlaşa bilmirik. Bu, ən azı bizim üçün xəbərdarlıqdı. Amma vəziyyəti drammatikləşdirmək istəmirik. 50 xalımız var, faha yaxşı oynamaq iqtidarında olduğumuzu bilirik. Bunu indi meydanda göstərməliyik”.

Qeyd edək ki, Toma Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right