“Liverpul”da ciddi itki

“Liverpul”un portuqaliyalı futbolçusu Dioqo Jota zədlənib.

Newsport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 25-ci turunun “Brentford”la matçında (4:1) sıradan çıxıb və meydanı xərəkdə tərk edib.

27 yaşlı hücumçu artıq tibbi müayinədən keçib. İngiltərə mətbuatı forvardın sol dizində zədə aşkarlandığını və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.

Jota bu mövsüm “Liverpul”da 28 oyun keçirib, 14 qol vurub və 4 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right