"Barselona" onu 80 milyona satmağı planlaşdırır

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda komandanı tərk edəcək. 

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı PSJ-nin transfer siyahısındadır.

Kataloniya klubunun rəhbərliyi De Yonqu yüksək qiymətə sataraq, maliyyə aslılığından qurtulmağı planlaşdırır. De Yonqun xidmətində maraqlı olan tək komanda PSJ deyil. Belə ki, "Mançester Yunayted" və "Çelsi" də onun uğrunda mübarizə aparır. İspaniya nəhəngi futbolçusunu 80 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

2019-cu il iyulun 1-də "Barsa"ya keçən 26 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right