"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk “RB Sport”a açıqlamasında braziliyalının Rusiya klubundakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, hazırda Dubayda toplanışda olan “Krasnodar” burada Rusiya çempionatında mövsümün ikinci hissəsinə hazırlıqları davam etdirir. Helsio, uzun müddətdir ki, “Qarabağ”a icarəyə keçəcəyi gözlənilən Kadinin gələcək taleyi ilə bağlı danışıb:
"Kadi Rusiya Premyer Liqasının ilk hissəsində çox da oynamadı. Lakin onun “Krasnodar”dan ayrılmaq fikri yox idi. İndi də bu belə düşünür. Əminəm ki, ikinci hissədə o, klubun çempion titulunu qazanması üçün hər şeyi edəcək".
27 yaşlı futbolçu 2023-cü il yanvarın 14-də “Qarabağ”dan “Krasnodar”a keçib. Onun Krasnodar təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.