Xavi: "İstefa qərarım ən yaxşısı oldu"

"Barselona"nın baş məşqçisi Xavi La Liqada "Selta" üzərində qələbəni (2:1) şərh edib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Meydanda yaxşı mövqe tutduq. Biz üstünlük təşkil etdik. Bu meydanda oynamaq çətindir. Xal qazanmaq üçün lazım olan hər şeyi 

Mən istefa verdiyimi elan etdikdən sonra 12 mümkün xaldan 10 xal topladıq. Düşünürəm ki, qərarım ən yaxşısı oldu.

Komandanın irəliyə doğru addım atmasına şadam. Üç xala sevinirəm. Rəqibin hücumda bacarıqlı oyunçuları var, lakin əks-hücumlarda bəxtimiz gətirmədi".

Qeyd edək ki, Xavi bu mövsümün sonuna Kataloniya təmsilçisindən ayrılacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right