Türkiyədə azərbaycanlı futbolçuların dueli

Türkiyə I Liqasında 23-cü turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor"la Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" üz-üzə gəlir.

Komandaların meydana çıxacağı start heyətlər müəyyənləşib. Vüsal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq. Bəxtiyarın adı isə görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Tuzlaspor" - "Boluspor" matçı bakı vaxtilə saat 14:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right