"Qalatasaray"ın yeni transferi 1 ay oynamayacaq

"Qalatasaray"ın qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Serj Orye zədələnib.

Newsprot.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə final matçında sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. Təcrübəli futbolçu bir yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" Serj Oryeni "Nottingem Forest"dən transfer edib. Sağ cinah müdafiəçisi "sarı-qırmızılar"ın heyətində debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right