Avropa Liqası tarixinin 3-cü bombardiri

Romelu Lukaku bu mövsüm Avropa Liqasında 6-cı qolunu vurub. Newsport.az xəbər verir ki, “Roma”nın hücumçusu “Feyenoord”la (1:1) pley-off oyununda fərqlənərək bombardirlər yarışında liderliyə yüksəlib.

Onunla yanaşı, “Brayton”dan Joao Pedro və “Marsel”dən Pyer-Emerik Obameyanq da hərəyə 6 qol vurub.

Lukaku bununla Avropa Liqasında 26-cı qolunu vuraraq, turnir tarixinin üçüncü bombardiri olan “Atletik”in keçmiş hücumçusu Arits Adurisə çatıb.

Belçikalı indi yalnız Radamel Falkao və Pyer-Emerik Obameyanqdan (hərəyə 30 qol) geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right