"Neftçi"də çempion oldu, İsrail klubu ilə anlaşdı

“Neftçi”nin heyətində çempionluq yaşamış Mamadu Mbodj Qazaxıstandan ayrılıb.

Newsport.az xəbər verir ki, 30 yaşlı futbolçu üç illik “Neftçi” karyerasından sonra “Ordabası”ya keçmişdi.

Orada bir il oynayan və ölkə çempionluğunu qazanmış seneqallı futbolçu İsrailin “Hapoel Hadera” klubu ilə anlaşıb.

Mamadu bundan əvvəl isə “Srvena Zvezda”, “Napredak”, “Jalqris” komandalarında çıxış etmişdi.

Əlavə edək ki, "Hapoel Hadera" 21 turdan sonra 18 xalla 14 komanda arasında 13-cü pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right