Paytaxt klubu braziliyalı üçün 70 milyon ayırdı

“Tottenhem” yay transfer dönəmində heyətinə cəlb edəcəyi ilk futbolçunu müəyyənləşdirib. Newsport.az xəbər verir ki, Premyer Liqa klubu “Barselona”nın vingeri Rafinyaya göz dikib.

Londonlular keçidi reallaşdırmaq üçün vaxt itirmədən qarşı tərəfə ciddi təklif göndərməyə hazıraşır. İngiltərə klubu braziliyalının transferi müqabilində 70 milyon avro ayırmağı planlaşdırır.

Qeyd edək ki, Rafinya “Barselona”ya 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən keçib. O, cari mövsüm 21 oyunda 4 qol, 7 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right