"Çelsi" azarkeşini cəzalandırdı

“Çelsi” azarkeşlərindən birinin rəsmi olaraq futbol matçlarına gəlməyinə qadağa qoyub.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Klubun belə addım atmasına səbəb həmin azarkeşin 6 noyabr 2023-cü il tarixində, "Tottenhem"lə matçda nasist salamı verməsi olub. "Zadəganlar" azarkeşi 3 il oyunlarda iştirak etməkdən məhrum edib. Məhkəmə isə sözügedən azarkeşi cərimələyib.

“Məhkəmə “Çelsi” Futbol Klubunun azarkeşini ictimai asayişi irqi motivli şəkildə pozmaqda təqsirli bilib” - deyə London polisinin mətbuat xidməti də məlumat yayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right