ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Newsport.az xəbər verir ki, namizədlər Brahim Dias (Real), Matteo Gündüzi (Latsio), Kilian Mbappe (PSJ) və Kevin de Bröynedir (Mançester Siti). Onlar hamısı 1/8 final mərhələsinin ilk oyunlarında qarşılaşmaların ən yaxşıları seçilmişdi.

Qeyd edək ki, qalib qurumun saytında futbolsevərlər arasında keçirilən səsvermədə müəyyənləşəcək. ÇL-in 1/8 finalının daha 4 ilk matçı gələn həftə oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right