Tuhel: "Biz uduzduq, amma "Latsio"nun qalib gəldiyinə əmin deyiləm"

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə "Latsio"ya (0:1) məğlub olmaqları haqda danışıb.

Newsport.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis komandasının inamsız və zəif oynadığını etiraf edib:

“Məğlubiyyətə görə məyus olduq və qəzəbləndik. Biz oyunda uduzduq, amma "Latsio"nun qalib gəldiyinə əmin deyiləm. İkinci hissədə sanki özünəinamı itirdik. Amma bunun səbəbini bilmirəm. Bunu izah edə bilmərəm. Çünki futbolçulara intensivliyi saxlamalı olduqlarını və irəlidə daha da cəsarətli olmaqlarının lazım gəldiyini söyləmişdik. Amma alınmadı.

İlk hissədə yaxşı qol vəziyyətləri yaratdıq, lakin sonda hədəfə bir dənə də olsun zərbə endirmədik. Belə bir oyunda qalib gəlməyin mümkün olmadığı aydındır. Bununla belə, qarşıda bizim cavab matçımız var”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right