Avropa Liqasının qalibi İspaniyaya qayıtdı

Tomaş Vaçlik İspaniyaya qayıdıb.

Newsport.az xəbər verir ki, çexiyalı qapıçı İspaniyanın "Albasete" klubu ilə anlaşıb.

Çexiya millisinin üzvü mövsümün sonuna qədər bu klubun qapısını qoruyacaq.

Daha çox 2019/2020 mövsümündə Avropa Liqasının qalibi olduğu "Sevilya"dakı oyunu ilə tanınan çexiyalı son olaraq ABŞ-da “Nyu Enqland Revoluşon"da oynayırdı. 

"Albasete" hazırda 22 komanda arasında Sequndada 20-ci pillədədir. 34 yaşlı qapıçı "Bazel", "Sparta"(Praqa), "Sevilya", "Olimpiakos", "Haddersfild" klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right