Onu PSJ-yə buraxmadılar

“Lill” klubunun müdafiəçisi Leni Yoro PSJ-nin transfer gündəminə düşüb. Newsport.az xəbər verir ki, parislilər qış fasiləsində bu transferi reallaşdırmağa çalışıb.

Lakin “Lill” rəhbərliyi 18 yaşlı oyunçusunu Fransa nəhənginə satmaqdan imtina edib. Buna baxmayaraq, PSJ Yoro ilə əlaqəni kəsmir. Klub yayda bu keçidə bir daha cəhd edəcək. Leni “Real”ın da gündəmindədi.

Qeyd edək ki, Leni Yoro 2022-ci ilin yayından “Lill”in əsas komandasında çıxış edir. Müdafiəçi bu mövsüm ümumilikdə 28 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right