Fransa klubları qış “transfer pəncərəsi”ndə hamıdan fəal olub

FIFA klubların qış transfer pəncərəsində nə qədər pul xərclədiklərini açıqlayıb. Qış “transfer pəncərəsi”ndə futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb. Bu, dövrələrarası fasilələr tarixinin ən yüksək ikinci göstəricisidir.

Qeyd olunub ki, 2024-cü ilin yanvarında klublar tərəfindən reallaşan transferlərin sayı təxminən 4700 olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

Futbolçulara ən çox pulu Fransa klubları xərcləyiblər – 291,9 milyon dollar. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. İngiltərə klublarının xərcləri isə il ərzində, demək olar ki, 80% azalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right