Roma və Parisdə daha iki oyun

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. Bu gün daha iki oyun keçiriləcək.

Newsport.az xəbər verir ki, “Bayern” İtaliyada “Latsio”nun qonağı olacaq. PSJ isə evdə “Real Sosyedad”ı qəbul edəcək. Hər iki oyun saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 5-də keçiriləcək.

Çempionlar Liqası, 1/8 final (ilk oyunlar)

00:00. “Latsio” (İtaliya) – “Bayern” (Almaniya)

Baş hakim: Fransisko Leteye (Fransa)

“Stadio Olimpiko”

00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya)

“Parc des Princes”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right